IKT

19 Noyabr

Azərbaycana kakao idxalı artıb

Bakı, 19 noyabr Fins.az 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 59 282,85 min ABŞ dolları dəyərində kakao və ondan hazırlanan məhsullar idxal olunub.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,8% artıb.

Cari ilin 10 ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,68%-ə bərabər olub.

Hesabat dövründə ölkədən bu məhsul ixracının dəyəri 2 939,88 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 23,2% azdır. Cari ilin 10 ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,02% təşkil edib.