IKT

19 Noyabr

Bu rayonda indiyədək 2 min hektaradək taxıl sahəsində şərti suvarma işləri aparılıb

Bakı, 19 noyabr Fins.az 

Qəbələ rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini davam edir. Torpaq mülkiyyətçiləri indiyədək 3200 hektarı arpa, 9150 hektarı buğda olmaqla 12 min 350 hektar sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 19,5 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.

Bu barədə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu il sahələrin 7550 hektarına buğda, 4800 hektarına arpa səpiləcək. Səpin aparılacaq sahələrin 9 min 300 hektarı dəmyə, 10 min 200 hektarı isə şərti suvarılan torpaqlardır. Torpaq mülkiyyətçiləri tərəfindən indiyədək 2 min hektaradək taxıl sahəsində suvarma aparılıb və bu iş davam etdirilir. Payızlıq dən bitkilərinin səpini üçün toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən 4 min tondan çox yüksəkreproduksiyalı toxum fondu yaradılıb