IKT

19 Noyabr

Azərbaycan balıq və dəniz məhsullarının idxalını azaldıb, ixracını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana idxal olunan balıq və dəniz məhsullarının dəyəri azalıb.

Fins.az xəbər verir ki, cari ilin 10 ayında ölkəyə dəyəri 16 412,34 min ABŞ dolları təşkil edən balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1 388,32 min dollar və ya 7,8% azdır.

Hesabat dövründə ölkədən ixrac olunan balıq və dəniz məhsullarının dəyəri cəmi 884,45 min dollar təşkil edib ki, bu da illik ifadədə 431,81 min dollar və ya 95,4% çoxdur.