IKT

19 Noyabr

Bu rayonda şəkər çuğunduru yığımı davam edir

Bakı, 19 noyabr Fins.az 

Beyləqan rayonunun fermerləri şəkər çuğunduru yığımını davam etdirirlər.

Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, torpaq mülkiyyətçiləri bu il 398,3 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Beyləqanlı fermerlər sahələrin 326,3 hektarında yığım aparıb, 16 min 224 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 497,2 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.

Qeyd edək ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

azertac