IKT

17 Noyabr

Azərbaycan pambıq ixracını yanvar-oktyabrda 5,6% azaldıb

Bakı, 17 noyabr Fins.az 

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan 113 117,56 min ABŞ dolları dəyərində pambıq ixrac olunub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idxalın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 5,6% azalıb.

Cari ilin 10 ayında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,92%-a bərabər olub.

Hesabat dövründə ölkədən 95 870,63 min dollar dəyərində 72 986,52 ton pambıq lifi ixrac olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 4,4%, həcm göstəricisi üzrə isə 11% çoxdur.

Cari ilin yanvar-oktyabr ayları ərzində ölkədən 13 589,23 min dollar dəyərində (azalma 44,6%) 6 637,53 ton (azalma 35,6) iplik pambıq ixrac olunub.

Hesabat dövründə pambıq idxalının dəyəri 5 010,80 min dollar olub ki, bu da ötən ilin müvafiq göstəricisindən 4,4% azdır. Yanvar-oktyabr ayları üzrə pambığın ümumi idxalda xüsusi çəkisi 0,06% təşkil edib.