On ayda ölkədən 50 min 180 ton xurma ixrac edilib.
Dövlət Gömrük Komitəsinin aylıq hesabatına görə, ixrac edilən xurmanın dəyəri 35 milyon 374 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən dəyəri 47 milyon 578 min dollar olmaqla 66 min 662 ton xurma ixrac edilib.
Belə ki, 2019-cu ilin 10 ayı ilə müqayisədə 2020-ci ilin 10 ayında Azərbaycandan ixrac edilən xurmanın dəyəri 12 milyon 204 min dollar və yaxud 26%, miqdarı isə 16 min 482 ton və yaxud 25% azalıb.