IKT

16 Noyabr

Bu pambıqçılar proqnozdan çox məhsul yığıblar

Bakı, 16 noyabr Fins.az 

Beyləqan rayonunda pambıq yığımı kampaniyası davam edir və bu günədək qəbul məntəqələrinə 28 min 266,86 ton məhsul təhvil verilib.

2020-ci ildə Beyləqan rayonunda 3200 hektarı “Azərpambıq” MMC, 4723,7 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 820 hektarı “P-Agro” MMC ilə olmaqla, müqavilə əsasında 8743,7 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.

Bu mövsüm 26 min tondan çox pambıq istehsal etməyi hədəfləyən Beyləqan pambıqçıları nəzərdə tutulandan çox məhsul yığıblar. Fermerlər havaların əlverişli keçməsindən istifadə edərək mühüm strateji məhsulu son qozasınadək yığılması üçün səylə çalışırlar. Tarlalardan hər gün 300 tondan çox məhsul toplanır.

©azertac