Kürdəmir rayonunda payızlıq taxıl səpini davam edir və hələlik 10 min 750 hektar sahədə əkin aparılıb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, əkilən sahələrin 8500 hektarı arpa, 2250 hektarı isə buğdadır. Bu mühüm kampaniya rayonun Kürqırağı ərazilərində, xüsusilə Köhünlü, Mollakənd, Carlı, Muradxan və bir sıra digər ərazi dairələrində daha mütəşəkkil aparılır. Əkində, əsasən yerli şərait üçün əlverişli olan I və II repreduksiyalı “Qarabağ-22”, “Qarabağ-33” arpa, “Murov-2”, “Aran”, “Tanya”, “Qırmızıgül” buğda toxumlarından istifadə edilir.
Qeyd edək ki, havaların əlverişli keçdiyi günlərdə sahələrə 83 şum traktoru, 80 səpin aqreqatı çıxarılır. Cari mövsümdə 45 min hektarda payızlıq taxıl əkini aparılacağını nəzərdə tutan fermerlər və fiziki şəxslər səpin kampaniyasının dekabrın birinci on günlüyündə başa çatdırılmasına çalışırlar.