IKT

11 Noyabr

Bu rayonda tərəvəz yığımı başa çatdı

Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 124 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə məhsul bol olub.

Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov bildirib ki, atıq əkinçilər tərəvəz sahələrindən 1438,9 ton məhsul toplayaraq yığımı başa çatdırıblar. Hər hektarın məhsuldarlığı 116 sentner olub. Yığılan məhsulun 403,9 tonunu xiyar, 360,2 tonunu pomidor, 24,4 tonunu sarımsaq, 9 tonunu soğan, 402,6 tonunu badımcan, 8,4 tonunu kələm, 138,3 tonunu bibər, 52,9 onunu boranı, 39,2 tonunu isə digər tərəvəzlər təşkil edib.

Əkinçilər, həmçinin sahələrdən 7 min 523 ton qarpız-yemiş də toplayıblar.