IKT

08 Noyabr

Bu fermerlər şəkər çuğunduru yığımını davam etdirirlər

Bakı, 08 noyabr Fins.az 

Ermənistan silahlı qüvvələrinin təxribatlarına, yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına baxmayaraq, Tərtər rayonunun fermerləri şəkər çuğunduru yığımını davam etdirirlər.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirib ki, torpaq mülkiyyətçiləri bu il 301 hektar sahədə şəkər çuğunduru səpini həyata keçiriblər. Tərtərli fermerlər sahələrin 64 hektarında yığım aparıb, 2880 ton məhsul əldə ediblər. Hər hektarın orta məhsuldarlığı 450 sentnerdir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.

Qeyd edək ki, vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur

© azertac