IKT

08 Noyabr

Bu rayonda ət istehsalı artıb

Bakı, 08 noyabr Fins.az 

Neftçalada aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində rayonda heyvanların baş sayı, ət, süd, yumurta və yun istehsalı ilbəil artır, mal-qaranın cins tərkibi yaxşılaşır.

Rayon Statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, hazırda rayonun heyvandarlıq və fərdi təsərrüfatlarında 44 min 249 baş mal-qara və 146 min 281 baş qoyun-keçi saxlanılır.

Noyabrın 1-dək rayonda 10 min 948,1 ton mal əti (diri çəkidə), 23 min 748,2 ton süd, 7 min 128,8 ton quş əti, 16 milyon 591 min ədəd yumurta, 290,5 ton yun istehsal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 6,5, yumurta istehsalı 8,6, quş əti istehsalı isə 10 faiz artıb.

© azertac