IKT

06 Noyabr

Son illər bu rayonda 4,7 min hektardan çox sahədə yeni fındıq bağları salınıb

Bakı, 06 noyabr Fins.az 

Builki mövsümdə Balakən rayonunda fındıq bağlarından 6 min 226 ton məhsul tədarük olunub.

Bu barədə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.

Qurum rəsmisi bildirib ki, Azərbaycan Prezidentinin kənd təsərrüfatının ixrac potensialı yüksək olan sahələrindən biri - fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlar Balakən rayonunda da uğurla icra olunur. Belə ki, son illər rayon ərazisində 4 min 765 hektar sahədə yeni fındıq bağları salınaraq, bağların ümumi sahəsi 10 min 542 hektara çatdırılıb. Bu bağların 5 min 571 hektarı barverəndir. Ötən il rayon əhalisi fındıqçılıqdan 18 milyon manatdan çox gəlir əldə edib.

Hazırda Balakən bazarında fındığın bir kiloqramının satış qiyməti 3,5-4 manat arasındadır.

© azertac