IKT

06 Noyabr

Bu rayonda təkrar qarğıdalı əkinlərində məhsul yığımı davam edir

Bakı, 06 noyabr Fins.az 

Tərtər rayonunda fermerlər və torpaq mülkiyyətçiləri mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını təmin etmək üçün 407,6 hektarda təkrar qarğıdalı əkini aparıblar.

Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Arif Behbudov bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarına, yaşayış məntəqələrinə artilleriya atəşinə tutmasına baxmayaraq, fermerlər kənd təsərrüfatı işlərini davam etdirirlər. Artıq təkrar qarğıdalı əkinlərinin 237 hektarı silosluq məqsədilə biçilib, 6735 ton yaşıl yem əldə edilib. Hazırda dənlik qarğıdalının yığımı davam etdirilir.

Qeyd edək ki, rayon ərazisində yazda əkilmiş 2235 hektar qarğıdalı sahəsindən 1132,9 ton məhsul toplanıb. Hər hektarın məhsuldarlığı 50,7 sentnerdir. Bundan başqa, rayon ərazisində yem üçün yazda əkilmiş 40 hektar qarğıdalı sahəsinin də biçini başa çatıb, 4692 ton məhsul əldə edilib.

© azertac