Bakı, 06 noyabr Fins.az
Tütünçülük Yardımlı rayonunda ənənəvi təsərrüfat sahələrindən biridir. Rayonda uzun müddət tənəzzül dövrünü yaşayan tütünçülük dövlət dəstəyi ilə yenidən dirçəlməyə başlayıb.
Yardımlı Rayon Statistika İdarəsindən verilən məlumata əsasən, bu il rayonda tütünçülüklə məşğul olan fermerlər və təsərrüfat sahibləri tərəfindən 31,5 hektar sahədə tütün əkini aparılıb.
Son məlumatlara əsasən, rayonda fəaliyyət göstərən qurutma sexində 80 tondan çox yaş tütün yarpağı qəbul edilib və 10 tondan çox quru tütün əldə olunub.
Hazırda rayonda tütün yığımı davam edir.
© azertac