Bakı, 05 noyabr Fins.az Ağsu rayonunda payızlıq taxıl əkini sürətlə davam edir və bu mühüm kampaniyaya 200-ə yaxın traktor, 90-dək səpin aqreqatı cəlb olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, indiyədək 10,8 min hektarda səpin aparılıb. Əkin rayonun bütün təsərrüfatlarında, xüsusilə daha çox taxıl əkilən Gəgəli, Ərəbsarvan, Növcü və bir sıra digər ərazilərdə daha mütəşəkkil aparılır. Hər yerdə torpağın hazırlanması və səpinin aqrotexniki qaydada həyata keçirilməsi diqqət mərkəzindədir. Fermerlər, torpaq mülkiyyətçiləri əkində yerli şəraitə uyğun yüksək reproduksiyalı toxumlardan istifadə edirlər.
Qeyd edək ki, taxılçılıq Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahəsidir. Builki mövsümdə bölgədə 35,4 min hektarda payızlıq taxıl əkini gözlənilir. (azertac)