IKT

05 Noyabr

Bu rayonda heyvandarlıq məhsulları istehsalı artır

Bakı, 05 noyabr Fins.az  Əsasən kənd təsərrüfatı rayonu olan Saatlıda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən məhsul istehsalı və mal-qaranın baş sayı ilbəil artır.

Rayon statistika idarəsindən bildiriblər ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 67 min 15 baş iribuynuzlu mal-qara, 114 min 467 baş qoyun-keçi saxlanılır. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib. Cari ilin 10 ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 6 min 786,2 ton ət (diri çəkidə), 36 min 103 ton süd, 209,5 ton yun, 11 milyon 40 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan ətdən 4 ton, süddən 5,4 ton, yundan 15 ton, yumurtadan isə 182 min ədəd çoxdur. (azertac)