Bakı, 05 noyabr Fins.az Şəki rayonunun təsərrüfatlarında üzüm yığımı başa çatıb. Torpaq mülkiyyətçiləri builki mövsümdə 307 hektar üzüm bağından 4248 ton məhsul əldə ediblər. Üzüm istehsalı ötən illə müqayisədə 51 ton artıb. İstehsal edilən məhsul əsasən daxili bazarlarda satılıb.
Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, bağlardan yığılan üzümün 3034 tonunu süfrə, 1214 tonunu isə texniki sortlar təşkil edib.
Xatırladaq ki, ötən il rayonda 4197 ton üzüm istehsal olunub. (azertac)