IKT

05 Noyabr

Bu rayonda 2020-ci ildə fındıq bağlarından 4 min tonadək məhsul yığılıb

Bakı, 05 noyabr Fins.az Şəki rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 3 min 995 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 698 ton artıb.

Bu barədə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.

Qurumdan bildirilib ki, dövlətimizin başçısının fındıqçılığın daha da inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər rayon ərazisində 2,9 min hektar sahədə yeni fındıq bağları salınıb. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 3 min 891 hektardır. Bu bağların 2 min 823 hektarı barverəndir. (azertac)