Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Badamlı Mineral Sular Zavodunun ətrafında toxumla bərpa işləri aparılıb.
Fins.az xəbər verir ki, zavodun ətrafında toxumla aparılan bərpa işləri 7 hektara yaxın sahəni əhatə edib.
Əkin işlərinə Şahbuz Dövlət Təbiət Qoruğunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tabe olan təşkilatların və rayonda fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları da qoşulub.
Əraziyə rayonun təbiətinə xas olan həmərsin, badamça, yemişan və yabanı alça toxumları əkilib.
Qeyd edək ki, payız mövsümündə Şahbuz rayon ərazisində 70 hektar sahədə toxumla bərpa işlərinin aparılması nəzərdə tutulub. (azertac)