Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Bitki Mühafizə Vasitələri, Gübrə İstehsalçıları və İdxalatçıları Assosiasiyası İctimai Birliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, imzalanma mərasimində çıxış edən Nazirliyin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, bu sənədin imzalanması aqrar sahədə dövlət-özəl sektor əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm bir addımdır.
Sənədi imzalayan tərəflər ölkə ərazisində sağlam ekoloji mühitin və fitosanitar sabitliyin qorunması, zərərverici, xəstəlik və alaq otlarına qarşı səmərəli mübarizə tədbirlərinin aparılması mexanizminin müasir üsul və texnologiyalardan istifadə etməklə təkmilləşdirilməsi ilə bağlı əməkdaşlıq edəcək.
Daha sonra iştirakçı tərəflər Anlaşma Memorandumunu imzalayıblar.