IKT

20 Oktyabr

Azərbaycana yeyinti məhsullarının idxalı 3% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri  1 185 030,58 min ABŞ dollarına bərabər olub.

Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, cari ilin ilk doqquz ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 3% çoxdur.

Ümumiyyətlə, yanvar-sentyabr aylarında yeyinti məhsullarının ümumi ölkə idxalında çəkisi 15,1% təşkil edib. Bu illik müqayisədə 4,1 faiz bəndi çoxdur.

Hesabat dövründə ölkəyə 60 385,22 min dollar dəyərində 33 642,57 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisini müvafiq olaraq dəyər göstəricisi üzrə 6,75% çoxdur, həcm göstəricisi üzrə isə 10% azdır.

Cari ilin yanvar-sentyabr ayları ərzində ölkəyə 12 679,74 min dollar dəyərində (artım 23,17%) 7 674,86 ton (artım 22%) süd idxal olunub.

Ölkəyə həmçinin, 62 724,2 min dollar dəyərində 12 716,58 ton kərə yağı və süddən hazırlanan digər yağlar idxal olunub ki, bu da müvafiq olaraq 25,9% və 29,2% çoxdur.