Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan ümumi dəyəri 6 709,86 min ABŞ dolları dəyərində 980,02 ton çay ixrac edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin doqquz ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 2,1%, həcmi isə 7,4% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 42 201,06 min dollar dəyərində 10 336,42 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 9,3%, həcmi isə 4,5%-dək artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,54% təşkil edib.
Göründüyü kimi, cari ilin doqquz ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib.