Neftçalalı fermerlər cari ilin məhsulu üçün erkən yazda 124 hektar sahədə tərəvəz əkiblər. Məhsul istehsalçıları bitkiyə yaxşı qulluq etdiklərindən sahələrdə bol məhsul olub.
Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov bildirib ki, bu mövsüm neftçalalı əkinçilər 124 hektar sahədə tərəvəz becəriblər. Torpaq mülkiyyətçilərinin gərgin zəhməti sayəsində sahələrdə məhsul bol olub. Artıq əkinçilər əkdikləri tərəvəz sahəsinin 123.5 hektarından 1423.8 ton məhsul götürüblər. Hər hektarın məhsuldarlığı 115.8 sentner olub. Yığılan məhsulun 403.9 tonunu xiyar, 360.2 tonunu pomidor, 24.4 tonunu sarımsaq, 9 tonunu soğan, 402.6 tonunu badımcan, 8.4 tonunu kələm, 138.3 tonunu bibər və 37.8 tonunu boranı və 39.2 tonunu isə sair tərəvəz təşkil edib.
Əkinçilər, həmçinin sahələrdən 7 min 523 ton qarpız-yemiş də toplayıblar.
Rayonda tərəvəz yığımı yaxın günlərdə başa çatacaq.