IKT

15 Oktyabr

İsmayıllıda fındıq bağlarından 283 ton məhsul yığılıb

İsmayıllı rayonunda fındıq yığımı başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, son illər fındıqçılığa maraq artıb. Təsadüfi deyil ki, bağların sahəsi ildən-ilə genişləndirilir. Artıq bölgədə fındıq bağlarının sahəsi 2004 hektara çatıb. Bunun 87 hektarı barverəndir. Cari mövsümdə bağbanlar bağlardan 283 ton fındıq götürüblər ki, bu da ötən ildəkindən 2 ton çoxdur.

Ən çox məhsul İsmayıllı şəhər və Topçu kənd inzibati ərazi dairələrindəki fındıq bağlarından əldə olunub. Yığılan məhsul elə sahələrdə satılıb.