IKT

15 Oktyabr

Saatlıda tərəvəz sahələrindən 2 min tondan çox pomidor yığılıb

Bu il saatlılı fermerlər 916 hektar sahədə tərəvəz becəriblər. İlin təsərrüfat işləri üçün əlverişli keçdiyindən və məhsul istehsalçıları becərdikləri sahələrə aqrotexniki qaydada qulluq etdiyindən sahələrdə məhsul bol olub.

Rayon statistika idarəsindən bildiriblər ki, saatlılı fermerlər becərdikləri 916 hektar tərəvəz sahəsindən indiyədək 22 min 245 ton məhsul yığıblar. Hər hektarın məhsuldarlığı 242.5 sentner olub. Tədarük olunan tərəvəzin 826.1 tonunu bibər, 1551.1 tonunu xiyar, 2 min 274.7 tonunu pomidor, 1061.1 tonunu badımcan, 395.3 tonunu sarımsaq, 458.6 tonunu soğan, 908.5 tonunu kələm, 14 min 770.1 tonunu isə boranı təşkil edib.

Əkinçilər, həmçinin əkdikləri 2 min 419 hektar bostan sahəsindən 78 min 334 ton qarpız-yemiş də toplayıblar.