Masallı rayonunda 2,25 hektardan çox alça bağı var. Son illər rayonun Hişkədərə, Təzə Alvadı, Kolatan və Lürən ərazilərində salınan alça bağlarında əsasən Naxçıvan brendi kimi məşhur olan “Göycə” növünə üstünlük verilib.
Fins.az xəbər verir ki, Masallı rayonunun Lürən kəndində Ruslan Bağırovu bacarıqlı bağban kimi tanıyırlar. O, iki ildir ki, 1 hektar torpaq sahəsində “Göycə” alçası yetişdirir. Təsərrüfatında beş nəfər işçi çalışır.
R.Bağırov bildirib ki, bol məhsul əldə etmək üçün bağlara daim qayğı göstərilir.
Fermer əlavə edib ki, “Göycə” ağacları birinci iki ildə sürətlə böyüyüb yaxşı boy atır, üçüncü ildə məhsula düşür. Bu dadlı və sulu meyvəyə həmişə tələbat var, bazarda qiyməti yüksək olur və məhsulun satışından daha çox gəlir əldə edilir.