IKT

09 Oktyabr

Türkiyədən Azərbaycana yeni qoyun cinsi idxalına başlanılıb

Türkiyədə yetişdirilən morkaraman və akkaraman adlı qoyun növlərinin Azərbaycana idxalına başlanılıb.

Fins.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, dövlət dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində artıq, 25-i qoç və 578-i qoyun olmaqla 603 xırdabuynuzlu heyvanın Azərbaycana ixracına start verilib.

Ümumilikdə ilkin mərhələdə 6 min heyvanın ixrac edilməsi, daha sonra bu rəqəmin 20 minə çatdırılması nəzərdə tutulur.