IKT

08 Oktyabr

"Türkan Aqro" Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb

"Türkan Aqro" MMC Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərlərdə Ordumuza uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait köçürüb.

Fond ölkə Prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. 

“Türkan Aqro” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bir şirkətdir. Müasir avadanlıqlarla təchiz olunmuş parniklərimizdə yetişdirilən kənd təsərrüfatı məhsulları yerli bazarda satılır və həmçinin Rusiyaya ixrac olunur.