Zərdab rayonunda pambıq yığımı sürətlə davam edir və indiyədək 1655 ton məhsul yığılıb.
Fins.az xəbər verir ki, cari mövsümdə bölgədə 2520 hektarda pambıq yetişdirilib. Sahələrin 1800 hektarı pambıqyığan maşınlarla, qalanı isə əl ilə yığılacaq. Hazırda hər gün tarlalara 8 pambıqyığan texnika, 27 traktor və 54 qoşqu çıxarılır. Əl ilə yığıma 1200 nəfərdən çox işçi qüvvəsi cəlb olunub. Toplanan məhsulun 1160 tonu texnikanın qüvvəsinin, 495 tonu isə əl əməyinin bəhrəsidir. Əksər ərazilərdə, xüsusilə daha çox pambıq əkilən Bəyimli, İsaqbağı, Körpükənd, Şahhüseyinli və bir sıra digər ərazi dairələrində pambıq yığımı kampaniyası mütəşəkkiliklə davam etdirilir. Fermerlər və fiziki şəxslər məhsulun itkisiz və son qozasınadək yığılması üçün bütün qüvvələrini səfərbərliyə alıblar.
Yığılan pambıq müqaviləyə əsasən “R-Aqro” MMC və “MKT-İK” MMC tərəfindən qəbul edilərək məntəqələrə aparılır