“Bu il Azərbaycanda istehlak qiymətləri 3,3%, 2021-ci ildə 2,9%, 2022-ci ildə isə 2,8% artacaq”.
Fins.az xəbər verir ki, bu barədə Dünya Bankının bu gün dərc olunmuş Avropa və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyət üzrə hesabatında qeyd edilib.
Hesabata əsasən Azərbaycanda kənd təsərrüfatının bu il 1,5% artacağı gözlənilir, 2021-ci ildə artım 2,5%-ə, 2022-ci ildə isə 3,2%-ə bərabər olacaq.
Bu il sənaye sektorunda azalma 4,4% səviyyəsində proqnozlaşdırılsada 2021-2022-ci illərdə 1,7% artım gözlənilir. 2020-ci ildə xidmət sektorunda da 5%-lik geriləmə proqnozlaşdırılr. Amma DB növbəti iki il üçün bu sektorda müvafiq olaraq 2,2% və 4,8%-lik irəliləyiş gözləyir.
© Report