Azərbaycan 2020-ci ilin I yarısında kartof ixracını 32% - 81 min 275,18 tona qədər artırıb.
Kartof ixracının dəyəri 33 milyon 752,27 min dollar təşkil edib.
Hesabat dövründə ixracın əsas həcmi (85%) Rusiyanın payına düşüb. Yanvar-iyun aylarında bu ölkəyə $30 milyon 777,02 min dəyərində (artım 22,7%) 69 min 155,74 ton kartof (artım 23,9%) ixrac edilib.
Bundan başqa, hesabat dövründə Ukrayna Azərbaycandan $1 milyon 840,39 min dəyərində 7 min 370,4 ton kartof idxal edib. Miqdar ifadəsində artım 2,9 dəfə, dəyər ifadəsində artım 2,4 dəfə təşkil edib.
I yarımillikdə Azərbaycandan kartof idxal edən ölkələrin sırasına Qazaxıstan, Moldova, Belarus, Gürcüstan və Türkmənistan da daxil olub.