Bölgələrdə fermerlər torpaqdan daha səmərəli istifadə üçün payızlıq əkinə qədər öz sahələrində təkrar qarğıdalı əkini aparırlar.
Fins.az xəbər verir ki, bir il ərzində sahələrdə taxıl və qarğıdalının növbəli əkilməsi torpağın strukturunu yaxşılaşdırmaqla yanaşı, fermerlərin gəlirlərini də ikiqat artırır.
Bu il Azərbaycanın 41 rayonunda və Aqrar Elm və İnnovasiya Mərkəzinin təsərrüfatlarında taxıl biçinindən sonra təkrar qarğıdalı əkini aparılıb. Təkrar qarğıdalı əkini sahələrinin ümumi sahəsi 41 min hektara yaxındır. Ən çox əkin Tovuz rayonunda qeydə alınıb - 5348 hektar. Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Füzuli, Hacıqabul, İmişli, Kürdəmir, Saatlı, Sabirabad, Samux, Şəki və Zərdab rayonlarında 1000 hektardan artıq sahədə təkrar qarğıdalı əkini aparılıb.