IKT

25 Avqust

Qazaxıstan 8 milyon tona qədər taxıl və un ixrac etməyi planlaşdırır

Qazaxıstan taxıl ixracının həcmini qorumağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı naziri Saparhan Ömərov hökumət iclasında məlumat verib. Onun sözlərinə görə, ixrac potensialı un daxil olmaqla təxminən 7,5-8 milyon ton təşkil edəcək. Nazirin sözlərinə görə, əsas vəzifələrdən biri ənənəvi bazarlarda mövqeləri qorumaq olacaq.

Qeyd edək ki, bu il ölkədə 18 milyon ton məhsul toplanıb. Bunlardan 3,5 milyon tonu ərzaq məqsədilə, 4,2 milyon tonu yem üçün, 2,1 milyon tonu toxum və 700 min tonu sənaye emalı üçün ayrılacaq. (azertac)