IKT

17 Avqust

Naxçıvanda taxıl sahələrindən əldə olunan məhsul 12% artıb

Bu ilin məhsulu üçün Naxçıvan Muxtar Pespublikasında 63405 hektar sahədə əkin aparılıb ki, bunun da 36879 hektarını və ya 58,2%-ni taxıl sahəsi təşkil edib. Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu illə müqayisədə taxıl əkini sahəsi 3571 hektar artıb.

Cari ildə taxıl sahələrindən 115649 ton məhsul tədarük olunub ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 12665 ton və yaxud 12,3% çoxdur. Yığılan məhsulun 83824 tonu buğda, 31825 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla hər hektardan 31,4 sentner olub ki, bu da ötən illə müqayisədə 1,6% çoxdur.

Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 177 ədədi 2020-ci ilin yanvar-iyul aylarında olmaqla, ümumilikdə, 2916 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Cari ilin yanvar-iyul aylarında 178 ədəd müxtəlif adda kənd təsərrüfatı texnikası və texnoloji avadanlıq lizinq yolu ilə məhsul istehsalçılarına verilmiş, 10 ədədi nağd yolla satılıb. (apa)