Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan ümumi dəyəri 5 524,86 min ABŞ dolları dəyərində 808,03 ton çay ixrac edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin yeddi ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 4,2% artıb, həcmi isə 1,9% azalıb.
Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,53%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 059,28 min dollar dəyərində 8 402,88 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının dəyəri 18,5%, həcmi isə 14%-dək artıb.
Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,58% təşkil edib.
Göründüyü kimi, cari ilin yeddi ayında Azərbaycanda çay idxalı ixracı 10 dəfədən çox üstələyib.