Salyanda filial rəhbəri işdən çıxarılıb.
Fins.az xəbər verir ki, “Aqrolizinq” ASC-nin Salyan filialının rəhbəri Elşən Bilal oğlu Soltanov tutduğu vəzifədən azad edilib. Məlumat Aqrolizinq ASC-dən də təsdiqlənib.
Qeyd edək ki, E. Soltanov bir neçə il idi ki, həmin filiala rəhbərlik edirdi.
Məlumat üçün bildiririk ki, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılıb. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. ASC-nin məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi-texniki bazasını yaratmaq, sahibkarları lizinq qaydası ilə mineral gübrə, texnika, damazlıq hevanlar, texnoloj avadanlıq, suvarma sistemi ilə təmin etmək, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə aşağı qiymətlərlə aqroservis xidmətlərini göstərməkdir.
© Report