IKT

27 İyul

Saatlıda bu günədək bağlardan 368 tondan çox ərik yığılıb

Saatlıda meyvə yığımı uğurla davam edir. Ötən il çoxillik meyvə bağlarından 2 min 74.8 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bağlarda bol məhsul yetişdiriblər.

Rayon Statika İdarəsinin rəisi Seyfəddin Soltanov bildirib ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən ayları ərzində rayonda mövcud olan 2 min 474.3 hektar meyvə bağından 2 min 146.7 ton meyvə toplayıblar ki, bu da ötən ildəkindən 71.9 ton çoxdur. Yığılmış məhsulun 128.3 tonunu alma, 368.7 tonunu ərik, 197,5 tonunu albalı, 269 tonunu gavalı, 742.5 tonunu alça, 140.9 tonunu gilas, 299.8 tonunu isə sair meyvələr təşkil edib.

Tədarük olunan əriyin demək olar ki, hamısı rayonun Qaranuru, Fətəlikənd, Şirinbəyli kəndlərinin, alçanın isə yarıdan çox Dədə Qorqud, Əhmədbəyli və Əlisoltanlı kəndlərinin bağbanları tərəfindən yığılıb.