IKT

13 İyul

Göyçayda cari ilin 6 ayında 3187 baş inək və düyə süni yolla mayalandırılıb

Göyçay rayonunda heyvandarlıqla məşğul olan fermerlər və fiziki şəxslər son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a verilən məlumatda bildirilir ki, təkcə cari ilin 6 ayında 3187 baş inək və düyə süni yolla mayalandırılıb. Bu da ötən ilin müvafiq dövründəkindən 490 baş çoxdur. Süni yolla mayalandırılan heyvanlardan alınan cins buzovların da sayında artım vardır. Belə ki, yarım ildə əldə olunan cins buzovların sayı 2019-cu ilin birinci yarısındakına nisbətən 442 baş artaraq 1729-a çatıb.

Qeyd edək ki, rayonda kifayət qədər peşəkar, süni mayalandırmanı keyfiyyətlə aparan mütəxəssislər vardır.