Kürdəmir rayonunda heyvandarlar son illər mal-qaranın cins tərkibinin yaxşılaşdırılaraq daha məhsuldar heyvanlarla əvəz edilməsində çox maraqlıdırlar və bunun üçün süni mayalandırmaya üstünlük verirlər.
Rayon statistika idarəsindən Fins.az-a verilən məlumatda bildirilir ki, cari ilin birinci yarısında 1126 baş inək və düyə süni yolla mayalandırılıb. Bu da ötən ilin müvafiq dövründəkindən çoxdur. Ötən altı ayda 876 baş cinsi yaxşılaşdırılmış buzov əldə edilib.
Qeyd edək ki, hazırda rayonda 5-i əsas, 1-i isə yardımçı olmaqla 6 süni mayalandırma məntəqəsi fəaliyyət göstərir və bu məntəqələrdə peşəkar baytarlar çalışır.