Göyçay rayonunda taxıl biçini başa çatıb və zəmilərdən 39 min 104 ton məhsul istehsal olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, cari mövsümdə 13 min 237 hektar sahənin məhsulu yığılıb. Biçilən zəmilərin 7166 hektarı buğda, 6971 hektarı arpadır. Hər hektarda orta məhsuldarlıq 29,5 sentner olub. Biçin kampaniyasında 40-dək kombaynın qüvvəsindən istifadə olunub. Bir sıra ərazilərdə, o cümlədən Qaraməryəm, Potu, Qarbaqqal, Ərəbcəbirli və bir çox digər ərazi dairələrində taxılçılar daha yüksək məhsuldarlığa nail olublar.
Hazırda hər yerdə yay şumu çıxarılır.