Qobustan rayonunda taxıl zəmilərinin 18 min 357 hektarında biçin başa çatıb. Bu da bölgə üzrə biçiləcək taxıl sahələrinin 60 faizini təşkil edir.
Bu barədə rayon statistika idarəsindən Fins.az-a verilən məlumatda bildirilir ki, hazırda biçin rayonun şimal ərazilərdə aparılır və burada hər gün zəmilərə 31 kombayn çıxarılır.
Qeyd edək ki, biçilən sahələrdə hər hektardan orta məhsuldarlıq 20 sentnerdir. Bu, ötən ilki göstəricidən 2 sentner çoxdur. Bir sıra ərazilərində, o cümlədən Xilmilli, Sündü, Cəyirli ərazi dairələrində fermerlər və fiziki şəxslər daha yüksək məhsuldarlığa nail olublar.
Rayonda taxıl biçini davam edir. Taxılçılar bütün qüvvələrini strateji məhsulun tez və itkisiz yığılmasına səfərbər ediblər.