Bərdə rayonunun fermerləri və torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırıblar.
Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov bildirib ki, 11 min 38 hektar taxıl sahəsindən 48 min 698,5 ton məhsul əldə edilib. Məhsulun 38 min 641 tonu buğda, 10 min 57,5 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 45,4 sentner, arpa sahələrində isə 39,8 sentner olub. Ötən illə müqayisədə buğdanın məhsuldarlığı 1,1 sentner, arpanın məhsuldarlığı isə 0,9 sentner çoxdur. Hazırda biçilmiş taxıl sahələrində şum aparılır.
Qeyd edək ki, 2020-ci ilin məhsulu üçün Bərdədə 11 min 08 hektar sahədə taxıl becərilib. Onun 8511 hektarı buğda, 2527 hektarı isə arpa əkinləridir.