2019-cu il iyul ayından 2020-ci il iyun ayınadək Azərbaycan Rusiyadan 1,4 milyon ton taxıl alıb
2019-cu il iyulun 1-dən cari il iyunun 11-dək Rusiya 40,2 milyon ton taxıl ixrac edib, bu da bir il əvvələ olan göstəricidən 5,8% azdır. Bu barədə RF Kənd Təsərrüfatı nəzdindəki “Aqroanalitika Mərkəzi”ndən məlumat verilir.
Xüsusilə, buğda ixracı 32,2 milyon ton (7,6% az), arpa ixracı – 3,9 milyon ton (14,9% az), qarğıdalı ixracı – 3,8milyon ton (45,9% çox), digər bitkilərin ixracı – 0,3 milyon ton (54,9% az) təşkil edib.
Rusiya taxılı Türkiyə (9 milyon ton və ya bütün ixracın 22%-i), Misir (6 milyon ton, 15%), Banqladeş (2,1 milyon ton, 5%), Səudiyyə Ərəbistanı (1,5 milyon ton, 4%), Azərbaycana (1,4 milyon ton, 4%) daha fəal ixrac olun