IKT

22 İyun

Kürdəmirdə 14,8 tondan çox barama tədarük olunub

Kürdəmirdə rayonunda barama tədarükü başa çatıb.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, builki mövsümdə kümçülər tərəfindən 14 ton 819,5 kiloqram barama tədarük olunub və “Azəripək” MMC-yə təhvil verilib.

Qeyd edək ki, baramaçılıq bölgədə ənənəvi təsərrüfat sahəsidir. Təsadüfi deyil ki, burada onlarca təcrübəli kümçü var. Cari mövsümdə Köhünlü kəndindən Tural Sayidov 9,5 qutu ipəkqurdu toxumundan 384,5 kiloqram barama istehsal edib. Habelə, Sovla kəndindən Mətləb Səfərov və Şilyandan Nəsib Nəsibov hər biri 2,2 qutu ipəkqurdu toxumundan müvafiq olaraq 163 və 114,4 kiloqram, Xırdapaydan Əhmədağa İsgəndərov 3,8 qutudan 179 kiloqram barama götürüblər.