Azərbaycanda taxıl biçini davam edir. İyunun 18-nə olan operativ məlumata görə, ölkə üzrə taxıl sahələrinin 31 faizində biçin başa çatıb. Biçilmiş 314259,9 hektar sahədən 966466,1 ton taxıl yığılıb. Taxıl üzrə orta məhsuldarlıq 30,8 sent/ha, o cümlədən arpa üzrə orta məhsuldarlıq 30,2 sent/ha, buğda üzrə orta məhsuldarlıq 32,9 sent/ha təşkil edir.
Artıq ölkə üzrə 369903,7 hektar arpa sahəsinin 241721,4 hektarında biçin başa çatıb. Sahələrdən bugünədək 730793,8 ton arpa yığılıb. Ağdam (36,4 sent/ha), Beyləqan (30,5 sent/ha), Bərdə (39,8 sent/ha), Biləsuvar (32,3 sent/ha), Füzuli (31,3 sent/ha), İmişli (38,4 sent/ha), Neftçala (27,8 sent/ha), Saatlı (36,4 sent/ha), Sabirabad (37,9 sent/ha), Yevlax (28,6 sent/ha) rayonlarında arpa biçini tam başa çatıb.
Operativ məlumata görə, bu gün biçin prosesində 1585 kombayn iştirak edir. Bunlardan 737-si "Aqrolizinq"in kombaynlarıdır, biçinə həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 848 kombayn cəlb olunub.
Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.
Biçin davam edir.