Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 40,4 mln ABŞ dolları dəyərində 22,6 min ton ət idxal edib.
Fins.az xəbər verir ki, bu, 2019-cu ilin eyni ayları ilə müqayisədə 11 min ABŞ dolları (37,5%) və 2,3 min ton (11,2%) çoxdur.
2020-ci ilin yanvar-may ayları ərzində ət idxalı Azərbaycanın ümumi idxalının 0,97%-ni təşkil edib.