Bu ilin 5 ayında Azərbaycandan 36,3 min ton pambıq lifi və 4,1 min ton pambıq ipliyi ixrac edilib.
Fins.az Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, ixrac edilən pambıq lifinin dəyəri 49,5 milyon, pambıq ipliyinin dəyəri isə 9,2 milyon ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə ölkədən 68,6 milyon dollarlıq 48 min tonadək pambıq lifi, 12,2 milyon dollarlıq 5 min ton pambıq ipliyi ixrac edilib.