IKT

17 İyun

Azərbaycan şəkər ixracını 13%-dək azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 14 637,70 ton şəkər ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12,7% azdır.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2020-ci ilin ilk beş ayında 5 990,49 min ABŞ dolları dəyərində şəkər ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 19,2% azdır.

Cari ilin yanvar-may aylarında şəkərin ümumi ixracda xüsusi çəkisi 0,09%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,83%-ə bərabər olub.