IKT

16 İyun

Beyləqanda bu günədək 1312 kiloqram barama tədarük edilib

Bu il Beyləqan rayonunda ilk dəfə olaraq ipəkqurdu bəslənilib.

Beyləqan Rayon İcra Hakimiyyətindən  bildiriblər ki, baramaçılıqla məşğul olmaq istəyən sakinlərə 50 qutu (950 qram) ipəkqurdu toxumu paylanılıb. Artıq kümçülərin yetişdirdikləri 1312 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.

Hazırda rayonda barama tədarükü davam edir.

© Azərtac