IKT

16 İyun

Saatlıda taxıl sahələrinə 60 kombayn çıxarılıb

Saatlıda taxıl biçini davam edir. Əkinçilər qısa müddətdə 5 min 839 hektar sahədə biçin aparıb və 20 min 347 ton məhsul götürüblər. Hər hektarın məhsuldarlığı orta hesabla 40 sentnerdir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, 2019-cu ilin payızında rayonda 22 min 985 hektar sahədə taxıl əkilib. Bunun 5 min 254 hektarı arpa, 17 min 731 hektarı isə buğdadır. Ötən təsərrüfat ilində hər hektar taxıl sahəsindən 41,3 sentner məhsul götürən fermerlər cari ildə bu nəticəni daha da artırmaq üçün sahələrə nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də taxıl sahələrində bol məhsul yetişib.

Biçinə mütəşəkkil başlayan taxılçılar artıq arpa biçinini başa çatdırıblar. Fermerlər 5 min 254 hektar arpa sahəsindən 19 min 40 ton məhsul götürüblər. Hər hektarın məhsuldarlığı 36,2 sentner olub.

Hazırda buğda sahələrinin məhsulu yığılır və gün ərzində 800-850 hektar sahədə biçin aparılır. Taxılçılar indiyədək əkdikləri 17 min 731 hektar buğda sahəsinin 305,9 hektarında biçin aparıb və 1307 ton məhsul götürüblər. Biçin aparılmış buğda sahələrin hər hektarından 42,9 sentner taxıl əldə olunur. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq daha yüksəkdir. Rayonun Qaraçala kənd sakini Gəray Qəniyev və Saatlı şəhər sakini Səxavət İbrahimov taxıl sahələrində daha yüksək məhsul götürürlər. Fermerlər becərdikləri sahələrin hər hektarından 40-45 sentner məhsul yığırlar.

Qeyd edək ki, hazırda rayonun taxıl sahələrində 60 taxılbiçən kombayn işləyir.